Get Adobe Flash player

Restoranımızda müasir standartlara uyğun dünya mətbəxlərinin eksklüziv qidaları təqdim olunur. Gigiyenik cəhətdən qüsursuz olan mətbəximizdə dəyərli qonaqlarımız üçün yüksək keyfiyyətli ərzaqlardan hazırlanmış ləziz təamlar, professional aşbazların yaratdığı şah əsərlər Sizlərə fərqli əhval – ruhiyyə bağışlayacaqdır. Eyni zamanda Azərbaycan mətbəxi ilə yanaşı Türk və Avropa mətbəxinin yeməklərindən zövq duyacağınıza əminik.

Gülərüz , yüksək və səlis xidmət göstərilən bu məkanda özünüzü doğma evinizdəki kimi hiss edəcəksiniz. Restoranda Siz milli və beynəlxalq mətbəxin ən ləziz təamlarını dadıb, yaşıllıqlara qərq olunmuş təkrar olunmaz mənzərədən zövq ala bilərsiniz.

Rahat yerləşimi və mükəmməl mənzərəsi olan bu restoran istər işgüzar nahar və ya şam yeməkləri, istərsə də yorğun iş günündən sonra sakitlikdə dincəlmək üçün əla seçimdir.

Siz öz dəyərli vaxtınızı bizim restoranımızda çox xoş keçirə bilərsiniz.

Copyright © 2024. Cənub+R MMC All Rights Reserved. WEB Solutions by F-GROUP--